Diaqnostik ultrasəsdə yeni era

Diaqnostik ultrasəsdə yeni era
22.08.2019 670

Diaqnostik ultrasəsdə yeni era

Paytaxtda "Diaqnostik ultrasəsdə yeni era" adlı beynəlxalq konfrans keçirilib.

ATV.az xəbər verir ki, Səhiyyə Nazirliyi, Həkimləri Təkmilləşdirmə İnstitutunun təşkilati dəstəyi, "Arash Medical Company" və "Canon Medical Systems"in sponsorluğu ilə keçirilən tədbirə Almaniya, Hollandiya, Portuqaliya və digər ölkələrdən 200-dən artıq qonaq qatılıb.

Çıxış edən Həkimləri Təkmilləşdirmə İnstitutunun prorektoru Təyyar Eyvazov ölkəmizin Ümumdünya Səhiyyə sistemindəki inkişafından söz açıb. Başqa mütəxəssislər isə "Yeni üstün vasitələr", "Fokal qaraciyər törəmələrinin xarakterizə olunması" mövzularında məruzələr ediblər. "Canon Medical Systems" şirkətinin Tədqiqatlara Dəstək üzrə qlobal meneceri Minoru Aoki isə ölkəmizdə istifadə olunan müasir tibbi avadanlıqlar və onlardan istifadə edən həkim heyətinin peşəkarlaşması üçün görülən işlərdən danışıb. Sonra qonaqlar yeni innovativ tibbi avadanlıqlarla tanış olublar.

Digər xəbərlər

`