Shimadzu (X-Ray) Flexavision SF

Shimadzu (Rentgen) Flexavision SF

Shimadzu FLEXAVISION – Bu cihaz Shimadzu şirkətinin on illik inkişaf mərhələsi və ən qabaqcıl "Uzaqdan idarə olunan" fluoroskopiya sistemidir
1961-ci ildə Shimadzu şirkəti ilk dəfə olaraq uzaqdan idarə olunan floroskopiya sistemini təqdim etməklə yeni bir dövrün əsasını qoydu. Şirkət xəstələrə və operatorlara radiasiya dozasının mümkün təsirini azaltmaq üçün sistemə yeni innovativ dizayn verdi. O vaxtdan bəri, şirkət uzaqdan idarə olunan floroskopiya sistemləri üzrə bazar lideri olaraq yeni məhsullar istehsal etməkdə davam edir. 2007-ci ildə şirkət müştərilərinin müasir tələblərini reallaşdırmaq məqsədilə FLEXAVISION məhsulunu "Fleksibillik" (Çeviklik) konsepsiyası adı altında təqdim etdi. Son illik fəaliyyətinə yüksək qiymət olaraq, şirkət keyfiyyətli tibbi görüntüləməyə və diaqnostikaya əhəmiyyətli tövhə verəcək FLEXAVISION eXceed məhsulunu təqdim etməyi planlaşdırır.

FLEXAVISION seriyası

FLEXAVISION seriyasına müxtəlif növ masa, yüksək gərginlikli generator, rentgen borusu, görüntü gücləndirici və görüntü emal bölmələri daxildir. Bu avadanlıq xəstənin ehtiyaclarına və bütün aparılacaq müayinələrə cavab verən optimal bir sistem yaratmağa imkan verir. Kompakt dizayna malik avadanlıq rahat hərəkət etdirilərək istəlinən yerdə quraşdırıla bilər. Bu avadanlıq sizin torakal və qarın müayinələri daxil olmaqla, ortopediya, pediatriya və urologiya ilə bağlı müayinə tələblərinizə tam cavab verir.

Flüoroskopiya sistemlərinin qızıl standartı

  • Bu günə qədər FLEXAVISION SF / HB / DF və FLEXAVISION F3 paketləri daxil olmaqla, dünya üzrə 3000-dən çox FLEXAVISION sistemi quraşdırılmışdır.
  • Bu böyük uğur FLEXAVISION-un etibarlı və faydalı bir sistem olduğunu bir daha göstərir.
  • Bir çox müştəri FLEXAVISION sistemini floroskopiya sistemləri üçün qızıl standart kimi qəbul edir.
Pulsuz çatdırılma

Pulsuz çatdırılma

Aldığınız məhsulun məbləği 50 ₼-dan yuxarıdırsa, məhsul ünvana pulsuz çatdırılacaq

Pulsuz quraşdırma

Pulsuz quraşdırma

Sifariş edilən avadanlıqlar mühəndislərimiz tərəfindən pulsuz olaraq quraşdırılacaq.

Rəsmi zəmanət

Rəsmi zəmanət

Cihazların keyfiyyətinə modellərin müxtəlifliyindən asılı olaraq rəsmi zəmanət verilir.

Rahat ödəniş şərtləri

Rahat ödəniş şərtləri

Alış-veriş edən zaman müştərilərimiz həm nəğd, həm də nəğdsiz qaydada ödəniş edə bilər

`