Xərəklər

Xərəklər

Xəstələrin və yaxud zərər çəkmiş şəxslərin daşınması üçün xüsusi tibbi avadanlıq olan tibbi xərəklərdən istifadə olunur. Tam immobilizasiya sayəsində, ciddi travmaları və yaxud xəstəlikləri olan xəstələr üçün yalnızca tibbi xərəklərin köməkliyi ilə daşınma zamanı düzgün vəziyyət yaradılır.

Müasir xərək modelləri üçün əsas tələb onların təhlükəsiz, rahat, praktik, dayanıqlı və operativ istifadə olunma qabiliyyətidir. Təcili vəziyyətlərdə tibbi xərəklərdən əməliyyat və yaxud sarğı masası olaraq istifadə etmək mümkündür.

Adətən xərəklər zərər çəkmiş şəxsi qısa məsafəyə daşımaq üçün nəzərdə tutulub – hadisə yerindən təcili yardım maşınına, maşından müalicə müəssisəsinə. Lakin təcili vəziyyətlərdə xərəklər sarğı və yaxud əməliyyat masasına çevrilir.

Müasir xərəklər travmanın növündən asılı olaraq xəstəni müxtəlif vəziyyətlərdə, yalnızca uzanıqlı vəziyyətdə deyil, həmçinin yarı uzanıqlı və oturaq vəziyyətdə də daşımağa imkan verir.

Azərbaycanda, Bakı şəhərində, orijinal Xərək avadanlıqlarının rəsmi satışını həyata keçirilən, yüksək keyfiyyətli məhsulları ARASH Medical Company-dən əldə edə bilərsiniz. Yalnız yeni Xərək avadanlıqları ən ucuz və sərfəli qiymətə arash.az veb sayt kataloqunda geniş çeşid ilə tanış ola bilərsiniz. Xərək avadanlıqları istehsalçı şirkət tərəfindən rəsmi servis zəmanəti ilə satılır.

Xərək  məhsularını sifariş etmək və qiymətləri ilə tanış olmaq üçün +994 12 530 15 15, +994 12 530 44 44 nömrələri ilə əlaqə saxlamağınızı və ya office@arash.az elektron ünvanına yazmağınızı xahiş edirik. Sizi ARASH Medical Company satış mərkəzində - Bakı, Azərbaycan, AZ1078, Salamzadə küç. 26 ünvanında gözləyirik.

`