Kardiologiya

Kardiologiya

Kardioloji cihazlar ürək qan-damar xəstəliklərinin diaqnostikası, profilaktikası və müalicəsi üçün nəzərdə tutulmuş texniki vasitələr toplusudur. Kardiologiyada tətbiq olunan bütün cihaz və alətlər ciddi tələblərə cavab verməlidir. Aydındır ki, insan həyatı bu cihazların funksionallığından, etibarlılığından və rahat idarəedilməsindən asılıdır.

Müasir kardiotexnika özündə peşəkar tibbi texnologiya, müvafiq mühəndislik və dizayn həllərini birləşdirir. Kardiologiyada istifadə olunan cihazlar mikroelektronika, biomexanika, kompüter elmləri, robototexnika, mobil telefon sahələrinin nailiyyətlərini özündə cəmləşdirir. Tibbi biliklər və yüksək texnologiyanın inteqrasiyası nəticəsində Holter monitorlar, defibrillatorlar, ekspress diaqnostika kompleksləri, mobil EKQ ötürücüləri kimi cihazlar ərsəyə gəlmişdir.

Kardioloji cihaz istehsalçıları öz avadanlıqlarında ən son elmi yeniliklərdən istifadə etməyə can atırlar. Nəticədə, diaqnostik cihazlar daima yenilənir, alətlər təkmilləşir, terapevtik cihazların yeni versiyaları peyda olur. Diaqnostik kardioloji avadanlıqlar ürək qan-damar sistemində ən kiçik normadan kənar halı belə aşkar etməyə, differensial diaqnostika həyata keçirməyə, xəstənin ürək fəaliyyətini fasiləsiz olaraq müşahidə etməyə şərait yaradan imkanlara sahibdir.

Azərbaycanda, Bakı şəhərində, orijinal Kardiologiya avadanlıqlarının rəsmi satışını həyata keçirilən, yüksək keyfiyyətli məhsulları ARASH Medical Company-dən əldə edə bilərsiniz. Yalnız yeni Kardiologiya avadanlıqları ən ucuz və sərfəli qiymətə arash.az veb sayt kataloqunda geniş çeşid ilə tanış ola bilərsiniz. Kardiologiya avadanlıqları istehsalçı şirkət tərəfindən rəsmi servis zəmanəti ilə satılır.

Kardiologiya məhsularını sifariş etmək və qiymətləri ilə tanış olmaq üçün +994 12 530 15 15, +994 12 530 44 44 nömrələri ilə əlaqə saxlamağınızı və ya office@arash.az elektron ünvanına yazmağınızı xahiş edirik. Sizi ARASH Medical Company satış mərkəzində - Bakı, Azərbaycan, AZ1078, Salamzadə küç. 26 ünvanında gözləyirik.

`