Reanimasiya və Anestezologiya

Reanimasiya və Anestezologiya

Müasir anestezioloji avadanlıq hər bir əməliyyatın və orqanizmin həyati vacib funksiyalarının bərpa prosesinin ayrılmaz hissəsidir. Bu avadanlıqlar reanimasiya və intensiv terapiyada əhəmiyyətli rol oynayır. Həmçinin, bu cihazlar yüksək etibarlılıq və funksionallığa sahib olmaqla yanaşı, narkozun verilmə sxemini dəqiq hesablamağa və fiziki məlumatları və xəstənin sağlamlığını nəzərə alaraq dozanı fərdi olaraq seçməyə imkan yaradır. Bütün bu cəhətlər nəzərə alınmaqla, sözügedən bu cihazlar əməliyyat zamanı xəstə üçün maksimum təhlükəsiz şərtlər yaratmağa kömək edir.

Bundan başqa, anestezioloji avadanlıq quraşdırılmış videocihazın köməkliyi ilə həm əməliyyat zamanı, həm də əməliyyat başa çatdıqdan sonra xəstənin və onun daxili orqanlarının vəziyyətini fasiləsiz olaraq izləmək imkanı yaradır. Bu isə öz növbəsində xəstənin anesteziyadan tamamilə təhlükəsiz çıxarılmasına kömək edir.

Reanimasiya (reanimato – canlanma) orqanizmin həyati funksiyalarının bərpa olunması istiqamətində həyata keçirilən təcili tədbirlər toplusudur. Bu termin tez-tez təcili yardım qruplarının, intensiv terapiya şöbələrinin işində istifadə olunur.

Tibbi nöqteyi-nəzərdən, reanimasiya özündə aşağıdakı tədbirləri birləşdirir:

Ürək-ağciyər ventilyasiyası;

Həyati funksiyaların dəstəklənməsi.

Tənəffüs və qan dövranını bərpa etmək üçün xəstəyə ağciyərlərin süni ventilyasiyası, elektrokardiostimulyatordan istifadə kimi intensiv terapiya tədbirləri görülür.

Müasir reanimasiya avadanlığı intensiv terapiya otaqlarını, reanimasiyaları, təcili yardımları və tez və operativ tibbi müdaxilə tələb olunan yerləri təchiz etmək üçün tətbiq edilən texniki tədbirlər toplusudur.

Azərbaycanda, Bakı şəhərində, orijinal Reanimasiya və Anestezologiya avadanlıqlarının rəsmi satışını həyata keçirilən, yüksək keyfiyyətli məhsulları ARASH Medical Company-dən əldə edə bilərsiniz. Yalnız yeni Reanimasiya və Anestezologiya avadanlıqları ən ucuz və sərfəli qiymətə arash.az veb sayt kataloqunda geniş çeşid ilə tanış ola bilərsiniz. Reanimasiya və Anestezologiya avadanlıqları istehsalçı şirkət tərəfindən rəsmi servis zəmanəti ilə satılır.

Reanimasiya və Anestezologiya məhsuların sifariş etmək və qiymətləri ilə tanış olmaq üçün +994 12 530 15 15, +994 12 530 44 44 nömrələri ilə əlaqə saxlamağınızı və ya office@arash.az elektron ünvanına yazmağınızı xahiş edirik. Sizi ARASH Medical Company satış mərkəzində - Bakı, Azərbaycan, AZ1078, Salamzadə küç. 26 ünvanında gözləyirik.

`