Mamalıq və Ginekologiya

Mamalıq və Ginekologiya

Mamalıq və Ginekologiya tibbin xüsusi bir sahəsini təmsil edir. Burada nəzəriyyə hamiləliyin diaqnostikası, onun idarə edilməsi və ortaya çıxan müxtəlif xəstəliklərin müalicəsi təcrübəsi ilə sıx bağlıdır. Bu cür tədbirlərin həyata keçirilməsi üçün həm xəstə, həm də həkim üçün lazımi şərtləri təmin etməyə imkan verəcək xüsusi ginekoloji və mamalıq avandanlıqları mütləqdir. Mamalıq və Ginekologiya bir-birinin ayrılmaz hissəsi hesab olunmasına baxmayaraq, onlar müstəlif istiqamətlərə sahibdirlər. Ginekologiyanın əsas vəzifəsi qadın reproduktiv sisteminin xəstəliklərinin diaqnozu və müalicəsidir. Hər hansı bir xəstəliyin aşkar edilməsi, xəstələrin müayinəsi və onların müalicəsi üçün ginekoloji avadanlıqlar tələb olunur. Bu avadanlıqlar isə özündə yalnız texniki təchizatı deyil, müvafiq ginekoloji mebelin olmasını da təcəssüm etdirir.

Mamalıq isə hamiləlik, doğuşa yardım, doğuşdan sonrakı dövr və digər məsələlərin öyrənilməsinə yönəlib. Mamalıq və Ginekologiya bir biri ilə sıx bağlı olmaqlarına baxmayaraq, müxtəlif tibbi alət və avadanlıqlardan istifadə edirlər. Bu avadanlıqlarsız isə xəstəliyin diaqnozu və müalicəsi, həmçinin digər vacib funksiyaların həyata keçirilməsi mümkün deyildir.

Azərbaycanda, Bakı şəhərində, orijinal Mamalıq və Ginekologiya avadanlıqlarının rəsmi satışını həyata keçirilən, yüksək keyfiyyətli məhsulları ARASH Medical Company-dən əldə edə bilərsiniz. Yalnız yeni Mamalıq və Ginekologiya avadanlıqları ən ucuz və sərfəli qiymətə arash.az veb sayt kataloqunda geniş çeşid ilə tanış ola bilərsiniz. Mamalıq və Ginekologiya avadanlıqları istehsalçı şirkət tərəfindən rəsmi servis zəmanəti ilə satılır.

Mamalıq və Ginekologiya məhsularını sifariş etmək və qiymətləri ilə tanış olmaq üçün +994 12 530 15 15, +994 12 530 44 44 nömrələri ilə əlaqə saxlamağınızı və ya office@arash.az elektron ünvanına yazmağınızı xahiş edirik. Sizi ARASH Medical Company satış mərkəzində - Bakı, Azərbaycan, AZ1078, Salamzadə küç. 26 ünvanında gözləyirik.

`