Ginekoloji masa

Ginekoloji masa

Ginekoloji kreslo müayinə aparmaq, manipulyasiya və yaxud sidik-cinsiyyət orqanlarına kiçik cərrahi müdaxilələr həyata keçirmək üçün xüsusi tibbi avadanlıqdır.

Kreslo müayinə kuşetkasına daha erqonomik alternativdir. Xəstələr yanlarını kreslonun kənarına dayayaraq, onun üzərində yarıoturulu vəziyyətdə olurlar. Bu hal maksimum dərəcədə rahat vəziyyət almağa imkan verir. Bu şəkildə xəstə müayinə prosesini izləmək şansı da əldə edir. Daha artıq rahatlığa nail olmaq üçün baş altına yastıq da qoyula bilər. Həmçinin, kreslonun dizaynı anezteziyaya tələbatı azaltmağa da imkan yaradır.

Kreslo tənzimləyici mexanizmlərin köməyi ilə müxtəlif vəziyyətlərə salına, elektrik tənzimləmələri ilə təchiz oluna, həmçinin alətlərin bərkidilməsi üçün aksessuarlar, xüsusən də kolposkop, ilə təmin oluna bilər. Kreslodan kolpomikroskopik müayinə və sidik-cinsiyyət orqanlarının müayinəsi zamanı istifadə olunur.

Azərbaycanda, Bakı şəhərində, orijinal Ginekoloji masaların rəsmi satışını həyata keçirilən, yüksək keyfiyyətli məhsulları ARASH Medical Company-dən əldə edə bilərsiniz. Yalnız yeni Ginekoloji masaları ən ucuz və sərfəli qiymətə arash.az veb sayt kataloqunda geniş çeşid ilə tanış ola bilərsiniz. Ginekoloji masaları istehsalçı şirkət tərəfindən rəsmi servis zəmanəti ilə satılır.

Ginekoloji masa sifariş etmək və qiymətləri ilə tanış olmaq üçün +994 12 530 15 15, +994 12 530 44 44 nömrələri ilə əlaqə saxlamağınızı və ya office@arash.az elektron ünvanına yazmağınızı xahiş edirik. Sizi ARASH Medical Company satış mərkəzində - Bakı, Azərbaycan, AZ1078, Salamzadə küç. 26 ünvanında gözləyirik.

`