Biometr

Biometr

Optik biometr canlı toxumaların uzunluğunun təmassız ölçülməsi, eksenel ölçülərin və optik aşağıkoherentli refleksometriya əsasında gözün buynuz qişasının biometrik parametrlərinin təyin edilməsi üçün istifadə olunan oftalmoloji cihazdır. Biometrin əsas üstün cəhəti cihazın xəstənin gözünün buynuz qişası ilə birbaşa təmasda olmamasıdır. Bu cihaz sayəsində zədə yetirmədən və infeksiya ilə yoluxdurmaq riski olmadan gözün müxtəlif hissələrinin diaqnostikasını həyata keçirmək mümkündür.

Həmçinin optik biometrlər yüksək dəqiqlik və ölçmə sürəti ilə digər qurğulardan fərqlənirlər.

Buynuz qişanın topoqrafiyası

Buynuz qişanın topoqrafiyası və yaxud korneal topoqrafiya - kornea səthinin əyrilərini müəyyənləşdirmək üçün istifadə olunan qeyri-invaziv üsuldur. Buynuz qişa gözün optik gücünün təqribən 70%-ni təşkil etdiyinə görə, onun forması normal görmə qabiliyyətinin dəstəklənməsi üçün çox vacibdir. Prosedur zamanı, bir sıra konsentrik işıq halqaları korneadan keçir. Bu zaman ortaya çıxan təsvirlər rəqəmsal kamera tərəfindən oxunur və normadan kənar halları qiymətləndirməyə imkan verən ümumi mənzərəni əmələ gətirir.

Azərbaycanda, Bakı şəhərində, orijinal Biometr avadanlıqların rəsmi satışını həyata keçirilən, yüksək keyfiyyətli məhsulları ARASH Medical Company-dən əldə edə bilərsiniz. Yalnız yeni Biometravadanlıqlar ən ucuz və sərfəli qiymətə arash.az veb sayt kataloqunda geniş çeşid ilə tanış ola bilərsiniz. Biometr avadanlıqlar istehsalçı şirkət tərəfindən rəsmi servis zəmanəti ilə satılır.

Biometr məhsuların sifariş etmək və qiymətləri ilə tanış olmaq üçün +994 12 530 15 15, +994 12 530 44 44 nömrələri ilə əlaqə saxlamağınızı və ya office@arash.az elektron ünvanına yazmağınızı xahiş edirik. Sizi ARASH Medical Company satış mərkəzində - Bakı, Azərbaycan, AZ1078, Salamzadə küç. 26 ünvanında gözləyirik.

`