Ultrasəsterapiya

Ultrasəsterapiya

Ultrasəs terapiyası müalicə və profilaktik məqsədlərlə müvafiq dalğa tezliyindən istifadə edilməsinə əsaslanır. Fizioterapevtik effektin alınmasına səbəb dalğaların bioloji toxumalara təsir göstərməsidir. Ultrasəs yüksək tezliklərdə elastik mühitin titrəmələridir. Ultrasəs terapiyası cihazlarında 800-3000 kHs tezlikli dalğalardan istifadə olunur. Ultrasəs terapiyası infiltrat və çapıqların sorulmasına, yerli və ümumi maddələr mübadiləsinin yaxşılaşmasına səbəb olur və toxumaların trofikasının yaxşılaşmasına müsbət təsir göstərir.

Ultrasəs terapiyası cihazlarından dayaq-hərəkət aparatı, dəri və lor xəstəliklərinin müalicəsi zamanı istifadə olunur. Urologiyada ultrasəs köməkliyi ilə sidik kisəsi və böyrək daşları parçalanır. Həmçinin, bu terapiyadan öd yolları daşlarının da parçalanmasında istifadə olunur.

Ultrasəsə tibbi əks göstərişlərə kəskin infeksiya və intoksikasiya, şişlər, ürək və qan-damar sistemi xəstəlikləri, trombofletlər və qanaxmalara meyillilik, mərkəzi sinir sistemi xəstəlikləri, nevrotik pozğunluqlar və hamiləlik aiddir.

Azərbaycanda, Bakı şəhərində, orijinal Ultrasəsterapiya avadanlıqların rəsmi satışını həyata keçirilən, yüksək keyfiyyətli məhsulları ARASH Medical Company-dən əldə edə bilərsiniz. Yalnız yeni Ultrasəsterapiya avadanlıqları ən ucuz və sərfəli qiymətə arash.az veb sayt kataloqunda geniş çeşid ilə tanış ola bilərsiniz. Ultrasəsterapiya avadanlıqları istehsalçı şirkət tərəfindən rəsmi servis zəmanəti ilə satılır.

Ultrasəsterapiya məhsularını sifariş etmək və qiymətləri ilə tanış olmaq üçün +994 12 530 15 15, +994 12 530 44 44 nömrələri ilə əlaqə saxlamağınızı və ya office@arash.az elektron ünvanına yazmağınızı xahiş edirik. Sizi ARASH Medical Company satış mərkəzində - Bakı, Azərbaycan, AZ1078, Salamzadə küç. 26 ünvanında gözləyirik.

`