Sual-cavab

Sual-cavab

Sizdən kredit ilə cihaz almaq istəyirəm, kredit şərtlərini öyrənə bilərəm?

Arash Medical Company kreditlə satış həyata keçirməsə də, sizə Lizinq xidmətləri ilə bu məhsulu almağa kömək edə bilərik.

İşlənmiş məhsullar ilə necə tanış ola bilərəm?

Arash Medical Company yalnız yeni məhsulların təchizatı və satışı ilə məşğuldur.

Mən Klinikanın Təchizat şöbəsindən sizə yazıram. Rəsmi təklif almaq üçün nə etməliyəm?

Zəhmət olmasa, sorğunuzu sales@arash.az ünvanına göndərin.

Məni yeni gələn Tapçan modelləri ilə tanış edə bilərsiz? Sizdən online sifariş etmək istəyirəm

Şirkətimizin rəsmi sosial media hesablarına istədiyiniz suallarınızı ünvanlaya bilərsiz. Bu zaman siz asanlıqla məhsul haqqında foto və məlumatlar əldə edib onu sifariş edə bilərsiz.

Mən Travmotoloq Ortopedəm, pasientlərə tez-tez müxtəlif tipli karsetlər yazmalı oluram. Amma Məhsullar bölməsində karset görmədim.

Müxtəlif tipli korsetlərlə Səməd Vurğun, 156D ünvanında yerləşən Variteks mağazasına yaxınlaşa və ya zəng edə bilərsiz: (+994 12) 441-49-20.

Cihaz bir neçə il öncə alınıb, hal-hazırda işləmir, necə kömək edə bilərsiz?

Cihazı bizim ünvana göndərə bilərsiz. Servis mühəndislərimiz cihazı ümumi diaqnostika edib, problemin nə olduğunu aşkarlayacaq. Daha sonra bununla bağlı sizə rəsmi məlumat və təklif göndəriləcək. 

Çatdırılma xidməti varmı?

Sifariş olunan məhsulların ümumi dəyəri 50 AZN-dən yüksək olarsa şirkət həmin məhsulların çatdırılma işini öz üzərinə götürür.

Çox az rast gəlinən xüsusi tibbi cihaz lazımdır, bazarda isə bundan tapa bilmirəm. Necə kömək edə bilərsiz?

Maraqlandığınız məhsul haqqında xüsusiyyətlərini bizə göndərin, biz sizin üçün həmin cihazı sifarişlə gətirəcəyik.

Həftə içi işlə bağlı yaxınlaşa bilmirəm. Həftə sonları çalışırsız?

Bəli. Şirkət həftə içi hər gün saat 09:00-dan saat 18:00-dək, bazar günləri isə 09:00-dan saat 16:00-dək müştərilərin ziyarətinə açıqdır.

`