Tibbi Kreslolar

Tibbi Kreslolar

Tibbi kreslo özündə bir çox çeşidi birləşdirən bir anlayışdır. Təyinatından asılı olaraq, ginekoloji (müayinə üçün), donor, stomatoloji, kosmetoloji, cərrahi və s. kreslolar mövcuddur. Lakin bəzi hallarda çoxfunksiyalı məhsul da seçmək mümkündür. Xəstələr və həkimlər üçün nəzərdə tutulmuş tibbi kreslolar, stul-kreslolar və kreslo-kuşetka (yataq-kreslo) kateqoriyaları da mövcuddur.

Digər tibbi avadanlıqlar kimi kreslo da funksional olmalıdır. Bu o deməkdir ki, təyinatı üzrə prosedur həyata keçirilən zaman təhlükəsizlik və rahatlıq yaratmalıdır. Müasir tibbi mebellər - stullar, kreslolar, kuşetkalar - məqsədə uyğun olaraq istifadəçiləri öz hissələrini (bel hissəsi, dirsək və baş dayaqları, ayaqaltılar və ya ayaq seqmentləri) tənzimləmək imkanı ilə təmin edir. Elementlərin vəziyyətinin dəyişməsi mexaniki, pnevmo, qaz və yaxud elektrik ötürücülərinin köməyi ilə həyata keçirilir. Çərçivələri dayanıqlı materillardan hazırlanır və qatlana bilən növləri mövcuddur. Örtüyü suyadavamlı olmaqla yanaşı dezinfeksiyaedici vasitələrə qarşı da dözümlüdür. Kreslo mobildirsə və təkərlər ilə təchiz olunmuşdursa, o zaman etibarlı əyləc sistemi ilə də təmin olunmuşdur.

Azərbaycanda, Bakı şəhərində, orijinal Tibbi Kreslo avadanlıqlarının rəsmi satışını həyata keçirilən, yüksək keyfiyyətli məhsulları ARASH Medical Company-dən əldə edə bilərsiniz. Yalnız yeni Tibbi Kreslo avadanlıqları ən ucuz və sərfəli qiymətə arash.az veb sayt kataloqunda geniş çeşid ilə tanış ola bilərsiniz. Tibbi Kreslo avadanlıqları istehsalçı şirkət tərəfindən rəsmi servis zəmanəti ilə satılır.

Tibbi Kreslo məhsularını sifariş etmək və qiymətləri ilə tanış olmaq üçün +994 12 530 15 15, +994 12 530 44 44 nömrələri ilə əlaqə saxlamağınızı və ya office@arash.az elektron ünvanına yazmağınızı xahiş edirik. Sizi ARASH Medical Company satış mərkəzində - Bakı, Azərbaycan, AZ1078, Salamzadə küç. 26 ünvanında gözləyirik.

`