Koaqulyatorlar

Koaqulyatorlar

Cərrahi koaqulyator cərrahi müdaxilələr zamanı, tez və təhlükəsiz olaraq qanaxmanı dayandırmağa ehtiyac duyulan istənilən digər hallarda qanaxmanı dayandırmaq (koaqulyasiya) üçün istifadə olunan molekulyar-rezonanslı elektrocərrahi cihazdır. Koaqulyatorlar tibbin cərrahi əməliyyat həyata keçirilən bütün sahələrində (klassik və endoskopik cərrahiyyə, oftalmologiya, ginekologiya, stomatologiya, dermatologiya və s.) geniş istifadə olunan universal avadanlıqdır.

Elektrokoaqulyatorun işləmə prinsipi toxumalardan yüksək tezlikli elektrik cərəyanı keçdiyi zaman (molekulyar-rezonans sayəsində) bu toxumalardan istilik enerjisinin buraxılmasından ibarətdir. İsidilmənin nəticəsi olaraq zülallar laxtalanır və qanaxma dayandırılır.

Koaqulyator kiçik ölçülü hərəkət xarakterli elektrocərrahi cihazdır. Lakin böyük hissələrə təsir etmək lazım gəldikdə, təmassız sprey-koaqulyasiyadan istifadə edilə bilər. Onun əsasını müalicə olunan toxuma və elektrod arasındakı qövs təşkil edir. Bundan başqa, bu alət kateqoriyasından xoşxassəli və bədxassəli şişlərin müalicəsində tətbiq olunur.

Azərbaycanda, Bakı şəhərində, orijinal Koaqulyatorlar avadanlıqlarının rəsmi satışını həyata keçirilən, yüksək keyfiyyətli məhsulları ARASH Medical Company-dən əldə edə bilərsiniz. Yalnız yeni Koaqulyatorlar avadanlıqları ən ucuz və sərfəli qiymətə arash.az veb sayt kataloqunda geniş çeşid ilə tanış ola bilərsiniz. Koaqulyatorlar avadanlıqları istehsalçı şirkət tərəfindən rəsmi servis zəmanəti ilə satılır.

Koaqulyatorlar məhsularını sifariş etmək və qiymətləri ilə tanış olmaq üçün +994 12 530 15 15, +994 12 530 44 44 nömrələri ilə əlaqə saxlamağınızı və ya office@arash.az elektron ünvanına yazmağınızı xahiş edirik. Sizi ARASH Medical Company satış mərkəzində - Bakı, Azərbaycan, AZ1078, Salamzadə küç. 26 ünvanında gözləyirik.

`