Kolposkop

Kolposkop

Tibbi kolposkop – uşaqlıq boynunun selikli qışasına və vaginaya ümumi baxış keçirmək üçün nəzərdə tutulmuş optik və yaxud rəqəmsal cihazdır. Kolposkop stereoskopik durbin və yaxud rəqəmsal videokameradan, işıqlandırma cihazı və ştativdən ibarətdir.

Ginekologiyada kolposkopdan qadın xəstəliklərinin diaqnozunun dəqiqləşdirilməsi məqsədilə istifadə olunur. Ştativ üzərində quraşdırılmış cihaz müayinə olunan orqanlara birbaşa toxunmadan stereoskopik müşahidələr aparmağa imkan verir.

Kolposkop təmas olmadan uşaqlıq boynunun, vaginanın və digər qadın daxili cinsiyyət orqanlarının vəziyyətini müayinə etməyə imkan verir. Stereoskopik müşahidənin bütün nəticələri uşaqlıq boynu xərçəngi kimi təhlükəli xəstəliklərin erkən aşkar edilməsinə yönəlib.

Kolposkop ilə həyata keçirilmiş uşaqlıq boynunun sitoloji müayinəsi digər analizlər ilə müqayisədə daha dəqiq hesab olunur. Məhz bu fakt sözügedən bu cihazı müasir ginekologiyada daha çox tələbat olan avadanlığa çevirir.

Ginekoloji araşdırmaların intensivliyi məhz rahat diaqnostika imkanları səbəbindən artır. Kolposkop götürülmüş analizlərin nəticələrini ən dəqiqliklə verməklə yanaşı, qadın orqanları xəstəliklərinin gizli formalarını da görməyə imkan verir.

Azərbaycanda, Bakı şəhərində, orijinal Kolposkop avadanlıqlarının rəsmi satışını həyata keçirilən, yüksək keyfiyyətli məhsulları ARASH Medical Company-dən əldə edə bilərsiniz. Yalnız yeni Kolposkop avadanlıqları ən ucuz və sərfəli qiymətə arash.az veb sayt kataloqunda geniş çeşid ilə tanış ola bilərsiniz. Kolposkop avadanlıqları istehsalçı şirkət tərəfindən rəsmi servis zəmanəti ilə satılır.

Kolposkop məhsularını sifariş etmək və qiymətləri ilə tanış olmaq üçün +994 12 530 15 15, +994 12 530 44 44 nömrələri ilə əlaqə saxlamağınızı və ya office@arash.az elektron ünvanına yazmağınızı xahiş edirik. Sizi ARASH Medical Company satış mərkəzində - Bakı, Azərbaycan, AZ1078, Salamzadə küç. 26 ünvanında gözləyirik.

`