Haqqımızda

Haqqımızda

Komanda və imkanlarımız

Arash Medical Company – yalnız tibbi texnologiyaların deyil, həm də güvənli satış və servis xidmətinin ünvanıdır.

20 nəfərlik ixtisaslaşmış servis komandamız, distributoru olduğumuz beynəlxalq brendlərin rəsmi təlimlərində mütəmadi iştirak edir və beynəlxalq sertifikatlara sahibdir. Bu, avadanlıqlarınızın daim peşəkar nəzarət altında olmasını və yüksək işləkliyini təmin edir.

Satış komandamız da məhsul seçimi, sifariş prosesi və texniki koordinasiya daxil olmaqla hər mərhələdə sizə fərdi yanaşma və operativ dəstək göstərir.

Şirkətimizin 3000 m²-lik anbar sahəsində geniş çeşiddə tibbi avadanlıqlar və onların ehtiyat hissələri saxlanılır. Stokumuz mütəmadi olaraq yenilənir, bu isə bizə müştərilərimizə tez, çevik və davamlı təminat imkanı yaratmağa şərait yaradır.

Məqsəd

Sektorun öndər markaları ilə əməkdaşlıq edən şirkətin əsas məqsədi ölkəmizdə tələb olunan keyfiyyətli və etibarlı tibbi avadanlıq və sərfiyyat məhsulları ilə təmin etməkdir.

Missiya

Yüksək səviyyəli dünya markalarının avadanlıqlarını ölkəmizə gətirməklə ölkə səhiyyəsində keyfiyyətli, dəqiq müayinələr üçün zəmin yaratmaq, münasibətlərini hörmət, ədalət, vicdan, dürüstlük təməlləri üzərində qurmaq şirkətin əsaslarındandır

Şirkətin tarixi

Profesional xidmət almaq istəyən dəyərli tibb işçilərinin əsas seçimi olan Arash Medical Company 25 il bundan öncə fəaliyyətə başladı. Yarandığı gündən sektorda keyfiyyət, etibarlılıq və peşəkarlığı ön planda tutan şirkət, zaman keçdikcə sektorun liderinə çevrildi.

Gələcəyə baxış

Tibbi sektorun şərtlərini dəqiq şəkildə analiz edərək ”Etibarlı qurum obrazını qoruyan, tibb işçilərinin məmnuniyyətini, keyfiyyəti əsas tutan” bir anlayışla ən uyğun biznes şərtləri altında sektora qatdığımız dəyəri davamlı şəkildə artırmaq şirkətin əsas predmetlərindədir.